RU

Azərbaycan-İran sərhədində 15 kq narkotik götürüldü


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumatda deyilir.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Избранный
18
36
yeniavaz.com

10Источники