RU

Sərnişinlər çaş başdır: 50 və ya 60 qəpik narazılığı KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avtobuslarda gedişhaqqının 50 və ya 60 qəpik müəyyənləşdirilməsi sərnişinlər arasında qarışıqlıq yaradıb. Xüsusilə mobil tətbiqlər vasitəsilə ödəniş zamanı avtomatik olaraq 60 qəpik tutulması vətəndaşların narazılığına səbəb olur. Bəs bu problemin aradan qaldırılması üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, mobil tətbiqlərin özəlliyi ondadır ki, vətəndaş ödəyəcəyi məbləği əvvəlcədən seçə bilir:

“Elektron bank mobil tətbiqlərində müvafiq xana var və sərnişin hansı məbləği ödəyəcəyini orada görür. Bu mexanizm əlçatan olduqda vətəndaş çaşqınlıq yaşamır. Əsas məsələ ondadır ki, sadə və standart mexanizm nəzərdə tutulmalıdır. Sərnişin bilməlidir ki, şəhərdaxili avtobusa minib, ödəniş 50, 55 və ya 60 qəpikdir. Bu, ya elan formasında sərnişinlərə çatdırılmalı, ya da vahid standart tətbiq olunmalıdır”.

Ekspertin sözlərinə görə, gedişhaqqı məsələsində yekdil qərar qəbul olunmadığı halda sərnişinlərdə çaşqınlıq və narazılıq yaranmağa davam edəcək:

“Ümumi şəhərdaxili nəqliyyat tariflərinin vahid şəkildə – məsələn, 50 qəpik olaraq müəyyənləşdirilməsi vacibdir. Əks halda problemlər qalacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
konkret.az

2Источники