RU

Biləsuvar GES-in birinci panelinin quraşdırılması mərasimi keçirilir

BAKI, TurkicWorld

Biləsuvar rayonunda inşa edilən 445 MVt gücümdə Günəş Elektrik Stansiyasında birinci panelin quraşdırılması nərasimi keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq şirkətlərin və yerli icra hakimiyyətinin nümayəndələri iştirak edirlər.

Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qurbanov, "AREA"nın direktoru Cavid Abdullayev, "Azərenerji" ASC-nin sədr müavini Rüstəm Qasımov, "Masdar" şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, "SOCAR Green"nin Baş direktoru Elmir Musayev çıxış edəcəklər.

Rəsmi çıxışlardan sonra VIP qonaqlar simvolik olaraq günəş panelinin quraşdırılmasında iştirak edəcək və xatirəvi panelləri imzalayacaqlar.

Mərasim çərçivəsində açıq sahədə quraşdırılmış iki xatirəvi günəş paneli nümayiş etdiriləcək. Panellər VIP qonaqlar tərəfindən imzalanacaq, ümumi şəkillər çəkiləcək.

Tədbirdə Energetika Nazirliyi, "AREA", "Azərenerji" ASC, SOCAR Green, Masdar şirkətinin rəhbərləri və nümayəndələri, eləcə də Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin "JA Solar" şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Избранный
12
8
turkic.world

10Источники