RU

Aİ liderləri "dron divarı" barədə razılığa gələ bilmirlər

Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının ilk günündə təhlükəsizlik məsələlərinin müzakirəsi həddindən artıq uzanıb və Aİ ölkələrinin liderləri heç bir razılığa gəlmədən Danimarka kral cütlüyünün dəvəti ilə şam yeməyinə yollanıblar.

Bakıvaxtı.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının yüksək səviyyəli nümayəndəsi qeyd edib ki, görüş iştirakçılarının hamısı Aİ-nin Şərq cinahlarının potensial hava və dəniz təhdidlərindən qorunmasının zəruriliyi ilə razılaşıblar.

Lakin ümumilikdə həm "dron divarı" və ya "dronlardan müdafiə divarı" kimi tanınan Avropa Komissiyasının təşəbbüsləri, həm də onların icra müddətləri ilə bağlı Aİ-nin 27 dövlət və hökumət başçısının mövqeyi üst-üstə düşməyib.

Macarıstanın Baş naziri Viktor Orban "Aİ səmasına daxil olan dronlara nə etmək olar?" sualına cavabında bildirib: "Vurun, sadəcə vurun, vəssalam".

Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron, ümumiyyətlə, "divar" yaratmaq ideyasına dair kifayət qədər skeptik fikirlər səsləndiriblər.

Hər ikisinin fikrincə, bu məsələlərə daha realist yanaşmaq lazımdır. Vəziyyətin daim dəyişməsi, texnologiyaların sürətlə inkişafı göstərir ki, ideya hələ reallaşmağa başlamazdan əvvəl köhnələ bilər.

Избранный
22
1
bakivaxti.az

2Источники