Azərbaycanın ev sahibliyi etdiyi 3-cü MDB oyunları çərçivəsində bu gün kamandan oxatma yarışları başlayıb.
"Football-plus.az" xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. turnirdə 7 ölkədən 40 idmançı iştirak edir.
Yarışlarda ölkəmiz 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur. Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта