RU

Bəşər Əsəd Moskvada zəhərləndi

Suriya rejiminin devrilmiş keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərləndiyi bildirilir. Vətəninfo.az xəbər verir ki, məlumatı Rusiya mediası Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR)-a istinadən yayıb.

Mənbənin məlumatına görə, Əsədin səhhəti hazırda stabil qiymətləndirilir. O, sentyabrın 29-da Moskva ətrafında yerləşən bir xəstəxanadan evə buraxılıb.

Bildirilir ki, xəstəxanada müalicə aldığı müddətdə Əsədə yalnız qardaşı Mahir Əsəd və keçmiş Baş Qərargah rəisi Mənsur Əzzam baş çəkə bilib.

Mənbə iddia edir ki, zəhərlənmə aksiyasının məqsədi Moskvanı biabır etmək və Rusiyanı keçmiş prezidentə qarşı sui-qəsddə ittiham etmək olub.

Xatırladaq ki, 2024-cü ildə Suriyada baş vermiş silahlı çevriliş nəticəsində Bəşər Əsəd hakimiyyətdən devrilmiş, bundan sonra ölkəni tərk edərək Rusiyada siyasi sığınacaq almışdı.

Hadisə ilə bağlı rəsmi Moskva və ya Dəməşq tərəfindən hələlik açıqlama verilməyib.

Избранный
17
veteninfo.az

1Источники