Avropa İttifaqı (Aİ) liderləri Kopenhagendə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, məlumatı Danimarkanın baş naziri Mette Frederiksen açıqlayıb.
Onun sözlərinə görə, Zelenski 50-yə yaxın dövlət və hökumət başçısı, həmçinin Aİ liderlərinin qatılacağı Avropa Siyasi Birliyinə müraciət edəcək. Ukrayna liderinin Frederiksenlə birgə mətbuat konfransı keçirməsi də gözlənilir.
Xatırladaq ki, oktyabrın 1-də Kopenhagendə Aİ-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi sammiti başlayıb. Mətbuat yazır ki, iclasın dalana dirənməsi Avropada “böhranları həll etməkdənsə, onları sadəcə müzakirə etmə” ənənəsindən qaynaqlanır.