RU

Energetika naziri Astanada bir sıra görüşlər keçirib (FOTO)

Bakı.Trend:

Energetika naziri Pərviz Şahbazov Astanada “Qazaxıstan EnerjiHəftəsi” çərçivəsində bu ölkənin nəqliyyat naziri NurlanSauranbayev, energetika naziri Erlan Akkenjenov və Beynəlxalq BərpaOlunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko LaKamera ilə görüşlər keçirib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bidirilib ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanınhəmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşdə qardaşlıq,dostluq və strateji tərəfdaşlığa əsaslanan və müttəfiqliksəviyyəsinə yüksələn münasibətlərin inkişafından məmnunluq ifadəedilib. Bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin 4.2dəfə artaraq 500 milyon ABŞ dollarına çatdığı bildirilib. BirgəHökumətlərarası Komissiyanın ticarət və iqtisadi əməkdaşlığımızıninkişafına təkan verən rolu qeyd olunub. Bu xüsusda Komissiyanınoktyabrda Bakıda keçirilməsi planlaşdırılan 21-ci iclasına hazırlıqməsələləri müzakirə edilib. Görüşdə, həmçinin Orta Dəhliz və onunmühüm seqmenti olacaq Zəngəzur dəhlizi üzərindən nəqliyyatəlaqələrinin gücləndirilməsi, yükdaşımaların artırılmasıistiqamətində perspektivli layihələr və yeni əməkdaşlıq imkanlarınəzərdən keçirilib. “Azərbaycan Respublikası və QazaxıstanRespublikası arasında əməkdaşlığın inkişafına dair KompleksProqram”ın icrası və növbəti mərhələdə davam etdirilməsi ilə bağlıfikir mübadiləsi aparılıb.

Qazaxıstanın energetika naziri Erlan Akkenjenov ilə görüşdə isəenergetika sahəsində əməkdaşlığın gündəliyindəki aktual məsələlərmüzakirə edilib. 2023-cü ildənindiyədək Bakı-Tbilisi-Ceyhan kəməriilə 3,383 min ton qazax neftinin nəql olunduğuvurğulanıb.Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitininartırılması, SOCAR və “KazMunayGaz” arasında birgə layihələr üzrəəməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Həmçinin “MərkəziAsiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasının carivəziyyəti dəyərləndirilib. Layihənin texniki-iqtisadiəsaslandırmasını həyata keçirəcək məsləhətçi şirkətin tenderinnəticələri əsasında noyabrda müəyyənləşəcəyi bildirilib. NazirErlan Akkenjenov strateji əhəmiyyətli bu layihəyə ölkəsinindəstəyini ifadə edib.

Energetika naziri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin(IRENA) baş direktoru Françesko La Kamera ilə də görüşüb. IRENAŞurası və yaşıl enerji keçidi çərçivəsində Agentliklə əməkdaşlıqməsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanınregional əhəmiyyətli layihələri Agentliyin təşəbbüslərimüstəvisində dəyərləndirilib və bərpa olunan enerjinin inkişafınıntəşviqinə dəstək ifadə edilib.

Energetika
Energetika
Energetika
Избранный
25
9
az.trend.az

10Источники