RU

Aİ lideri ilə Makron Azərbaycan və Ermənistan liderlərini tarixi sülh münasibətilə təbrik edib - VİDEO

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta əldə edilmiş sülh münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

APA xəbər verir ki, Antonio Koşta bu barədə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısının iclasında bildirib.

“Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh, Avropamız üçün əhəmiyyətli andır. Bu onu göstərir ki, sülh qurmaq mümkündür və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”, - o qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan və Ermənistan liderlərini təbrik edib.

Избранный
19
7
apa.az

8Источники