RU

“Bu, ABŞ nin mövqeyini zəiflədir” Rubio narazıdır

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Federal hökumətin qismən bağlanması(Şatdaun-red.) Vaşinqtonun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir və ABŞ-nin təhlükəsizliyini təhdid edir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bəyan edib.

"Konqresdəki Demokratlar hökuməti bağlamaq qərarına gəliblər. Onların partiya maraqlarının diktə etdiyi hərəkətləri Amerikanın dünya səhnəsindəki mövqeyini pozur və milli təhlükəsizliyi təhdid edir", - Rubio oktyabrın 1-də X-də yazıb.

ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı qismən bağlanıb. Bu, ABŞ Konqresində hakim Respublikaçı və müxalif Demokratik partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməmələri səbəbindən baş verib. Onlar bir-birini siyasi məqsədlər üçün prosesi uzatmaqda ittiham edirlər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
azpolitika.info

2Источники