RU

Təbiətin Qoynunda: Günəbaxanlar, Adrenalin və Pomidor-Yumurta Ləzzəti

Təbiətin

İsmayıllının təmiz, təravətli havası, təbiətin sükutu və günəbaxan tarlalarının sonsuz sarılığı ruhumuzu dincəltdi. Günəşin altında sarı başlarını bizə tərəf çevirən günəbaxanlar arasında gəzinti, sanki vaxtı dayandırdı. Asma körpünün həyəcanını isə xüsusi qeyd etməyə dəyər. Adrenalin dolu anlar yaşadıq, amma bir o qədər də zövq aldıq, təbiətlə bir olmağın nə qədər gözəl olduğunu hiss etdik.Gəzintinin əsas məqsədi sadə, amma ən ləzzətli yeməklərdən biri olan ocaqda bişmiş pomidor-yumurta idi. Amma təbiətin gözəlliyi, havanın saflığı o qədər bizi ovsunladı ki, yemək yadımdan çıxdı. Təbiətə qarışmaq, o havanı sinəmizə çəkmək elə bir doyum yaratdı ki, sanki mədə də bir müddət bu gözəlliklə doymuşdu. Nəhayət, təbiətin qoynunda, dağ ətəyində, ocaqda hazırlanan pomidor-yumurta – təkcə dadı ilə deyil, xatirəsi ilə də yadda qaldı.Hava gözəl, təbiət mehriban, xatirələr isə təmiz idi.My Webpage My Webpage

Diqqət Çəkənlər

Qarabağ kətəsi resepti — dadlı və ətirli!

limon-cəfəri, yoxsa kök-pomidor? – Hansı daha effektivdir?

İşdən çıxarılan ofisiant obyekt sahibini döyüb qaçdı

Избранный
12
ulusum.az

1Источники