Ucarda maşın yanıb.
Far.Az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralında, rayonun Müsüslü kəndi ərazisində baş verib. Şəmkir rayon sakini Firuz Cəfərovun idarə etdiyi "Mercedes Vito" markalı avtomobil anidən alışıb.
Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Fakt araşdırılır.