Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə "Ermənistan və Azərbaycan arasında sülhün qurulması haqqında" bəyanat layihəsi daxil edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, sənəd "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlanıb.