RU

MİDA 2 milyona yaxın vergi borcu olan 10 manatlıq şirkəti 4 milyonluq tenderin qalib i sayıb

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“MİDA” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.

Tender Yasamal-1 və Hövsan-1 yaşayış komplekslərində təmir işlərinin həyata keçirilməsi məqsədilə keçirilib.

Nəticəyə əsasən, tenderin qalibi “CMT Group” MMC (VÖEN: 1001879941) olub.

Qalib şirkətə 4 126 436 AZN ödəniş ediləcək.

Qeyd edək ki, “CMT Group” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Eynar Hacı Vuqar oğludur. Hüquqi ünvanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşir. Şirkətin vergi borcu 1 975 502 AZN təşkil edir.(fed.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
bizimyol.info

1Источники