RU

Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışları keçirilir - FOTO

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün kamandan oxatma yarışları başlayıb.

İdman.biz xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Turnirdə 7 ölkədən 40 idmançı iştirak edir. Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur.

Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyir.

Qeyd edək ki, kamandan oxatma yarışına oktyabrın 5-də yekun vurulacaq.

İdman.biz

Избранный
10
16
idman.biz

10Источники