ABŞ hökumətinin bağlanması fonunda Kaliforniya qubernatoru, demokrat Qevin Nyusom özünü “azad dünyanın lideri” elan edib.
Publika.az xəbər verir ki, o, bunu “X” sosial media platformasında paylaşımında açıqlayıb.
Nyusom bildirib: "Vaşinqton iflic vəziyyətdədir. Mən, Qevin Nyusom, qubernatorun mətbuat xidməti tərəfindən yayımlanan bəyanata əsasən “azad dünyanın lideri” rolunu öz üzərimə götürürəm. Oxşar titul daha əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt tərəfindən ABŞ prezidenti Donald Trampa verilmişdi".
Bundan əlavə, qubernator universal səhiyyə, pulsuz məktəb yeməkləri, pulsuz uşaq baxımı və digər sosial dəstək tədbirlərini əhatə edən siyasət platformasını təqdim edib.
O, müraciətində həmçinin bunları qeyd edib: "Yumurta pulsuz olacaq, saç üçün gel subsidiyaları tətbiq ediləcək, bütün bilet haqlarından imtina olunacaq".