RU

ABŞ hökuməti hələ də iflic vəziyyətindədir: Büdcə yenidən təsdiqlənmədi

ABŞ Senatı hökumətin fəaliyyətini bərpa etməli olan Respublikaçıların maliyyələşdirmə qanun layihəsini növbəti dəfə qəbul edə bilməyib. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Xatırladaq ki, ABŞ-da yeni maliyyə ili hökumət büdcəsi olmadan başlayıb. Konqres tərəfindən büdcənin təsdiqlənməməsi federal hökumətin fəaliyyətini qismən dayandırmasına səbəb olub.

Hazırda Konqresin hər iki palatasına nəzarət Respublikaçıların əlindədir. Lakin qanun layihəsinin Senatda qəbul olunması üçün 60 səs tələb olunur, halbuki Respublikaçıların hazırda yalnız 53 mandatı var.

Beləliklə, lazımi dəstək təmin olunmadığı üçün büdcə təsdiqlənməyib və ABŞ hökumətində iflic vəziyyəti davam edir.

Избранный
14
veteninfo.az

1Источники