RU

Paşinyan Makronla "Tramp marşrutu"nu MÜZAKİRƏ ETDİ - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa lideri Emmanuel Makron "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində görüşüb. Liderlər Vaşinqton görüşünün nəticələrini və "Tramp marşrutu" (TRIPP) layihəsini müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə Paşinyan "X" sosial şəbəkəsində yazıb.

Paşinyan və Makron Ermənistan və Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib və yeni birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

"Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində prezident Emmanuel Makronla məhsuldar görüş keçirdim. Biz Ermənistan və Fransa arasında strateji tərəfdaşlığı təsdiqlədik, regional hadisələri, Vaşinqton sammitinin nəticələrini və TRIPP layihəsini müzakirə etdik. Fransanın davamlı dəstəyinə görə minnətdaram", - deyə o yazıb.

Musavat.com

Избранный
18
4
musavat.com

5Источники