RU

Koşta və Makron Prezident Əliyevi və Paşinyanı təbrik etdi...


Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta əldə edilmiş sülh münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

Trend-in Kopenhagenə ezam olunmuş müxbiri xəbər verir ki, Antonio Koşta bu barədə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının iclasında danışıb.

“Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh, Avropamız üçün əhəmiyyətli andır. Bu onu göstərir ki, sülh qurmaq mümkündür və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”, - deyə Koşta bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

Избранный
11
7
baki-xeber.com

8Источники