RU

Prezident İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşüb - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub...

Poliqon xəbər verir ki, görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik ediblər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildiriblər.

Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildiriblər. Onlar həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu deyiblər.

Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunulub, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığı sahəsində əldə olunmuş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirilib.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib və sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən ErmənistanAzərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd etdi və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb.

Dövlətimizin başçısı hazırda 10 Avropa, o cümlədən 8 Avropa İttifaqına üzv dövlətin Azərbaycan qazını aldığını bildirdi və bunun Avropa İttifaqının enerji təhlükəsizliyə mühüm töhfə olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb və hazırda Mərkəzi Asiyadan Azərbaycan üzərindən nəqliyyat həcmlərinin artdığını bildirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu vurğulanıb.

***

Prezident İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşüb.

Poliqon xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.

Poliqon.info

Избранный
27
17
poliqon.info

10Источники