RU

“Elvinin oyunun ən yaxşısı seçilməsi haqsızlıq deyil” - Mateus Silva

“Qarabağ”ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Kopenhagen”i məğlub etdikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyunla bağlı fikirləriniz necədir?

- İlk növbədə onu deyim ki, çox xoşbəxtəm. Belə nüfuzlu yarışda oynamaq arzumu gerçəkləşdirdim. Vacib qələbə qazandıq və bütün komanda xoşbəxtdir. Məşqlərdə çalışdığımızı meydanda reallaşdıra bildik. 

- Uğurlu çıxışı “Atletik”lə görüşdə də davam etdirmək mümkün olacaq?

- Hələ gecənin sonuna qədər “Kopenhagen” üzərində qələbənin dadını çıxaracağıq. Sonra çempionatda oyunumuz var. Bir sözlə, “Atletik”lə oyuna qədər vaxtımız çoxdur. Baş məşqçimiz bizə rəqib barədə müfəssəl məlumat verəcək. 

- Elvin Cəfərquliyev oyunun ən yaxşısı seçildi. Bu, sizə qarşı haqsızlıq deyil?

- Yox (gülür). Qətiyyən belə şeylərə fikir vermirik. Bu gün hamımız meydanda canımızı qoyduq. Ona görə də kimin ən yaxşı seçilməsi fərq etmir. Qapıçıdan tutmuş hücumçuya qədər hamı hər şeyini meydanda verdi. Hər kəs də bu müfakatı qazanmağa layiq idi. 

- “Kopenhagen”lə matçdan sonra “Kəpəz”lə oyuna köklənmək çətin olmayacaq?

- Xeyr, çünki işimiz bundan ibarətdir. Biri bitir, növbəti görüş başlayır. Buna hazırıq.

- “Qarabağ”ın ÇL-də ilk 24-lük şansını necə dəyərləndirirsiniz?

- Ola bilər ki, hazırkı mövqeyimiz çoxları üçün təəccüblü olsun. Turnir cədvəlindəki vəziyyətimiz, qazandığımız xallar və sair. Amma biz hər oyuna qələbə üçün çıxırıq. 

- Pley-offa adlamaq üçün minimum 12 xal lazımdır ki, bunun da yarısı yığılıb. Qalan 6 turda “Qarabağ”ın daha 6 xal yığması mümkündür?

- Çempionlar Liqasında bütün rəqiblər güclüdür. İndi yekunda neçə xal yığacağımız barədə düşünməməliyik. Oyun oyuna baxmalıyıq. Hər şey mümkündür.

Избранный
17
50
hit.az

10Источники