RU

Biologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? - RƏSMİ CAVAB

Bakıda yerləşən "Məlhəm" hospitalında doğulan körpənin vəziyyətinin həkim səhlənkarlığı səbəbindən ağır olduğu iddia edilir.

Doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova düzgün doğuşu yerinə yetirilmədiyini və doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə ananı ittiham eddiyi iddia edilir.

Həmçinin, zərərçəkənin yaxını sosial şəbəkələrdə bildirib ki, həkim Azərbaycan Tibb Universitetini deyil, BDU-nun biologiya fakültəsini bitirib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş hər hansı həkimin səhlənkarlığı ilə üzləşdiyini hesab edirsə, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Belə hallarda məhkəmə-tibbi ekspertiza təyin olunur və yalnız rəsmi ekspertiza nəticəsində müalicə prosesinə obyektiv qiymət verilir:

"Həkim Pərvin Xəlilovanın təhsili ilə bağlı iddialara gəldikdə sosial şəbəkələrdə yayılan iddiaların əksinə olaraq, Pərvin Rövşən qızı Xəlilova 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib (Diplom № BB-I N 001073). O, 2009-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya üzrə ixtisasartırma kursunu başa vurub. Hazırda onun adı Səhiyyə Nazirliyinin "Tibb İşçilərinin Vahid Reyestri"ndə həkim kimi qeydiyyatdadır.

Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə daxil olmuş rəsmi müraciətlər əsasında araşdırmalar aparır. Zərurət yarandıqda isə qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir"./Milli.az/

Избранный
21
6
musavat.com

7Источники