RU

Azərbaycanın IRENA ilə ikitərəfli əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) arasında ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Astanada IRENA-nın baş direktoru Françesko La Kamera ilə görüşüb.

Söhbət zamanı Azərbaycanın enerji keçidi prosesində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, eləcə də regional əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"

Избранный
26
cebheinfo.az

1Источники