RU

Filippində dağıdıcı zəlzələdə ölənlərin sayı artıb

Filippinin Palompon bölgəsinin qərb sahillərində 30 sentyabrda baş verən 6,9 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 72-yə yüksəlib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Palompon bölgəsinin qərbində və Cebu əyalətinin sahilində baş verən zəlzələdən sonra insan tələfatı artmaqda davam edir.

Zəlzələdə ümumilikdə 597 evin zərər gördüyü, bunlardan 501-nin qismən zədələndiyi, 96-nın isə tamamilə dağıldığı açıqlanıb.

Filippin Qızıl Xaç Cəmiyyətinin rəhbəri Riçard Qordon bəyan edib ki, zəlzələ nəticəsində bəzi kilsələr qismən çöküb və bir sıra məktəblər boşaldılıb.

Dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Filippin Sakit Okean Seysmik qurşağında yerləşir və “Alov halqası” olaraq da tanınır.

Избранный
73
cebheinfo.az

1Источники