RU

Azərbaycan vətəndaşları tezliklə İrəvana gedə biləcək? Mühüm gəlişmə

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyəyə məxsus Türk Hava Yolları (THY) aviaşirkəti Ermənistanın paytaxtı İrəvana reyslər həyata keçirəcək. Şirkətin məlumatına görə, Rumıniyanın Timişoara şəhərinə və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslərin açılmasına qərar verilib.

Bu qərardan sonra Azərbaycan vətəndaşları THY ilə Ermənistana uça bilərmi?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, sözügedən reysin bərpası Bakı və İrəvan arasında normallaşmanın Türkiyə-Ermənistan münasibətlərinə təsiri ilə bağlıdır:

“Deməli, paralel aparılan danışıqlar eyni dinamikada inkişaf edir. Amma yaxın zamanda bu uçuşlar vasitəsilə Azərbaycan vətəndaşlarının İrəvana səyahəti istisna hallarda ola bilər. Yəni rəsmi və ya işgüzar səfərlər çərçivəsində bu uçuşlar vasitəsilə Azərbaycan vətəndaşlarının səfəri mümkün ola bilər, ancaq fərdi qaydada belə səyahətlər real deyil.

Aytən Qurbanova

İlkin olaraq təhlükəsizliklə bağlı məsələlər xüsusi önəm daşıyır. Digər tərəfdən, diplomatik münasibətlərin qurulması nəticəsində belə səfərlərin mümkünlüyü gündəmə gələ bilər. Nəticə etibarilə, Türk Hava Yollarının Ermənistana birbaşa uçuşlar həyata keçirməsi regional sülhlə bağlı mühüm addımdır. Belə ki, bu qərar yekun sülh müqaviləsinin imzalanmasına dair yaxın gələcəkdə önəmli addımların atıla biləcəyinin mesajı ola bilər.

Çünki Türkiyə və Azərbaycanın Ermənistanla danışıqlar prosesini paralel davam etdirərək koordinasiyalı addımlar atması faktı artıq dəfələrlə bəyan edilib”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
globalinfo.az

1Источники