RU

Saç tökülməsinə qarşı möcüzəvi meyvə

Elm adamları saç tökülməsinin qarşısını alan və saçların daha sürətli böyüməsinə kömək edən meyvəni açıqlayıblar.

E-saglam.az xəbər verir ki, aparılan tədqiqatlara görə, avokado saç köklərini gücləndirir, telləri qalınlaşdırır və baş dərisini qidalandırır.

Avokadonun tərkibindəki E və B vitaminləri, eləcə də omeqa-3 yağ turşuları saçları xarici təsirlərdən qoruyur, baş dərisinin sağlamlığını dəstəkləyir. Mütəxəssislərin sözlərinə görə, avokado istehlak edən şəxslərdə saç böyüməsi daha sürətli olur və tökülmə azalır.

Qidalanma baxımından olduqca zəngin olan avokado fol turşusu, C vitamini, kalium, mis və iyirmidən çox vitamin və mineral ehtiva edir. Bu xüsusiyyətləri ilə avokado yalnız saç sağlamlığı üçün deyil, ümumi orqanizm üçün də faydalıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
18
e-saglam.az

1Источники