"Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin toplantılarında iştirakı artiq bir zərurətə çevrilib. Təbiidir ki, bu zərurəti yaradan Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin meydana qoyduğu yeni reallıqlardır." Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib:" Artıq Avropa siyasi kluarlarında birmənalı şəkildə bu mövqeyə gəlinib ki, Azərbaycansız bu çür müzakirələr, toplantılar olmaz. Yəni Avropanın Azərbaycana ehtiyacı daha da artıb. Artdığına görə də, bu müzakirələrdə, bu toplantılarda bizi də görmək istəyirlər. Üstəlik də burda Azərbaycan Prezidentinin özünün siyasi lider olaraq bacarıqları, təcrübəsi, dünya tərəfindən qəbul edilməsi, son aylarda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ona göstərdiyi üstün diqqət, bütün bunlar onu deməyə əsas verir ki, dünyanın hər tərəfində bizə ehtiyac getdikçə artır. Onu da əlavə etmək lazımdır ki, 2026-cı il, 2027-ci ilə doğru artıq 2026-ci ildə növbəti toplantılardan biri də, yəni Avropa Siyasi Birliyinin növbəti toplantılarından biri də Azərbaycanda keçiriləcək. Yəni Azərbaycan sadəcə olaraq bu toplantılarda iştirakçı kimi qalmır, eyni zamanda həmin toplantılara ev sahibliyi də edəcək. Bu da Azərbaycana olan ehtimadın başqa bir müstəvidə yüksəlməsindən xəbər verir. Əlbəttə Prezident İlham Əliyev o toplantıda iştirakla bərabər, həmişə olduğu kimi ilktərəfli, çoxtərəfli görüşlər də keçirəcək. Burada həm Azərbaycanla başqa ölkələrin, təşkilatların münasibətləri müzakirə ediləcək, həm də qlobal məsələlərə birlikdə işıq tutmağa çalışacaqlar. Yəni Azərbaycan dövləti və onun rəhbəri həmişə olduğu kimi diqqət mərkəzindədir, gündəmdədir və bu da bizi Azərbaycan vətəndaşı olaraq, sevindirməyə bilməz. Biz məhz belə bir Azərbaycan arzu edirdik illər öncə, məhz belə bir Azərbaycan uğrunda çarpışırdıq, fikrimiz, zikrimiz o idi ki, Azərbaycan dövləti dünyada tanınsın, qəbul edilsin, bizimlə hesablaşsınlar.
Bəxtimiz onda gətirib ki, Prezident İlham Əliyev bütün bu istəklərimizi, yəni bizim kimi vətəndaşların istəklərini ən yüksək səviyyədə gerçəkləşdirməyi bacarıb və belə də davam edəcək."İBRAHİM MƏMMƏDLİ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31