RU

Cəbrayıl rayonundakı günəş elektrik stansiyaları ilə bağlı mobilizasiya işləri başa çatdırılıb - Cavid Abdullayev

Biləsuvar. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerjisahəsi üzrə görülən işlər açıqlanıb.

Trend-inBiləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunuEnergetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri DövlətAgentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasındabildirib.

O qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa olunan enerjisahəsi ilə bağlı hazırda bir neçə layihə həyata keçirilir:"Cəbrayılda bp şirkəti ilə birgə həyata keçirilən 240 meqavatlıq"Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) ərazisində artıq bütünmobilizasiya işləri başa çatdırılıb. Bu istiqamətdə tikintiişlərinə start verilib.

"Eyni zamanda, Cəbrayıl rayonunda hər biri 50 meqavat olmaqla"Şəms" və "Üfüq" GES-lər ilə bağlı mobilizasiya yekunlaşıb. Həminstansiyalarda işlər intensiv şəkildə davam etdirilir", - deyə C.Abdullayev vurğulayıb.

Избранный
26
az.trend.az

1Источники