“Ukraynada münaqişəyə son qoymaq üçün Kiyev rusdilli əhalinin hüquqlarına hörmət etməlidir”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Münaqişəyə silahla son qoymaq mümkün olmayacaq", - deyə siyasətçi vurğulayıb.
Zaxarova qeyd edib ki, münaqişəyə son qoymaq üçün Kiyev hakimiyyəti Ukrayna Pravoslav Kilsəsinin hüquqlarına da hörmət etməlidir.
Daşqın HəsənovMissiya.Az