RU

İsmayılovun aldığı və verdiyi medalların siyahısı şok edir

ain.az, Axar.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.

Axar.az xəbər verir ki, saxlanılan şəxslər arasında “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun adı var.

E.İsmayılov 1971-1977-ci illərdə Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı, 2001-2005-ci illərdə isə Dərbənd Humanitar Universitetinin Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə 2-ci ali təhsil alıb.

Vikipediya səhifəsində E.İsmayılov həm də “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi, rusdilli “Brifinq” qəzetinin yaradıcısı, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dünya Azərbaycanlıları Konqresinin üzvü kimi təqdim olunub.

İsmayılov 1995-ci ildə heraldika şirkəti yaradıb və suvenirlər və mükafatlar, orden və medallar istehsal edən fabrikə rəhbərlik edib.

Vikipediya səhifəsində Eldar İsmayılovun xeyli sayda fəxri ad və mükafatları da sadalanıb:

2008-ci ildə "Qızıl qələm" mükafatı;

2010-cu ildən Dağıstan Respublikasının Dərbənd şəhərinin fəxri vətəndaşı;

2013-cü ildən Şimali Kipr Türk Respublikasının Demokrat Partiyasının Azərbaycandakı fəxri nümayəndəsi;

2016-cı ildə "Azərbaycan Xalq Diplomatiyası" mükafatı;

2017-ci ildən İstanbul “Yeditepe” Universitetinin Fəxri doktoru;

2019-cu ildə BMT-nin nəzdində Beynəlxalq İctimai Fondunun - "Altın Kıran" ordeni (Qızıl Qartal);

2019-cu ildə Əl-Farabi adına Qazax Xalq Universitetinin (KazNu) yubiley medalı;

Qazaxıstan Respublikasının “El Ardaktysy” medalı (Millətin fəxri) (Türküstan şəhəri, Qazaxıstan);

Mesenatlığına görə Ukrayna Pravoslav Kilsəsinin "II Müqəddəs Vladimir" ordeni.

Bundan başqa, onun bir çox Avropa və beynəlxalq universitetlərin fəxri professoru olduğu qeyd olunub.

Fəaliyyəti dövründə Eldar İsmayılov xeyli sayda mükafat, orden və medallar da təsis edib.

“Dədə Qorqud” Beynəlxalq Milli Fonduna aid “Dünyaya Sülh Naminə” mükafatının təsisçisidir.

Xüsusilə qeyd olunub ki, E.İsmayılov Azərbaycanda və müxtəlif dünya ölkələrində gördükləri işlərlə Azərbaycan üçün misilsiz xidmətləri olan siyasi və ictimai xadimlərin təltif olunmaları üçün orden və medallar təsis edib:

"Bakı Qəhrəman: şəhər", “Ulu Türk”, “Vətən Övladı”[15], “Qızıl Ürək”, “Mehriban Ana”, “Zeynalabdin Tağıyev”, “Əziz Əliyev” və “Həzi Aslanov” ordenləri, “Ədalətin Qılıncı” və “Aqarunov” medalları.

İsmayılov Qarabağ müharibəsi veteranları da unutmayıb. Veteranlarının göstərdiyi şücaət və qəhrəmanlığına görə təltif olunması üçün xüsusi diplomlar və döş nişanları da təsis edib.

2018-ci ildə İstanbul şəhərində Zibeydə ananın (Atatürkün anası) adına olan cəmiyyətə "Mehriban Ana" ordenini təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
3
axar.az

4Источники