1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Şarlott şəhərində qatarda ukraynalı qaçqın İrina Zarutskayaya hücum hadisəsinin şahidlərinin "911" yardım xidmətinə zənglərinin səs qeydləri ortaya çıxıb.
Oxu.Az-ın xəbərinə görə, səs qeydlərini "New York Post" nəşri dərc edib.
Zəng edənlərin çoxu kişinin heç bir səbəb olmadan qızı bıçaqladığını və onun "dəli, paranoik, professional cinayətkar" kimi göründüyünü bildirib.
"Elə indicə qadına bıçaq zərbəsi vurdular. Qız yerdə uzanıb və ətrafında çoxlu qan yayılıb... Biz onu gördük", - deyə şahidlərdən biri xəbər verib.
Daha bir neçə nəfər zərərçəkən qadının güclü qanaxması başladığını deyib: "Tələsin, ondan qan axır, güclü qanaxması var".
Daha sonra zəng edən insanlar Zarutskayanın artıq, yəqin ki, öldüyünü bildiriblər.
"Qız artıq ölmüş ola bilər. Bunu edən oğlan burada pandusda dayanıb", - deyə şahidlərdən biri baş verənləri təsvir edib.
Xatırladaq ki, ABŞ-nin Şimali Karolina ştatının Şarlott şəhərində evsiz kişi, 34 yaşlı Dekarlos Braun qatarda Ukraynadan olan qaçqın 23 yaşlı İrina Zarutskayanı öldürüb. İrina Zarutskaya qatara minərkən kişi ona arxadan hücum edərək bıçaqlayıb.
Dekarlos Braun dəfələrlə oğurluqda ittiham olunaraq, həbs edilib. O, həmçinin silahla quldurluğa görə 5 il həbs cəzası çəkib. Polis əvvəllər 14 dəfə həbs olunmuş Dekarlos Braunu həbs edib.