RU

“Məlhəm” hospitalında körpə ilə bağlı səhlənkarlıq iddiasına Nazirlikdən cavab

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda yerləşən "Məlhəm" hospitalında doğulan körpənin vəziyyətinin həkim səhlənkarlığı səbəbindən ağır olduğu iddia edilir. Belə ki, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilovanın doğuşu düzgün yerinə yetirilmədiyi və əməllərini pərdələmək məqsədilə ananı ittiham eddiyi iddia edilir.

Bu barədə zərərçəkənin qardaşı, jurnalist Ulucay Akif sosial hesabında paylaşım edib. O iddia edib ki, bacısının doğuşunu gerçəkləşdirən Pərvin Xəlilova Azərbaycan Tibb Uiversitetinin yox, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin məzunudur: ""Biologiya fakültəsinin məzunu necə həkim kimi fəaliyyət göstərir? Xəstəxana rəhbərliyi necə belə işə yol verir? İnsanların taleyi ilə necə belə oynaya bilirlər? Necə olur ki, bilogiya fakültəsinin məzunu doğuş gerçəkləşdirir və belə bir hadisə baş verir?”, - deyə o özünün "Facebook" hesabından etdiyi paylaşımda yazıb. 

News24.az məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.

 Qurumdan bildirilib ki, vətəndaş hansısa həkimin səhlənkarlığı ilə üzləşdiyini hesab edirsə, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilər: "Belə hallarda məhkəmə-tibbi ekspertiza təyin olunur və yalnız rəsmi ekspertiza nəticəsində müalicə prosesinə obyektiv qiymət verilir". 

Mərkəzdən verilən məlumatda qeyd edilib ki, həkim Pərvin Xəlilovanın təhsili ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Pərvin Rövşən qızı Xəlilova 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib (Diplom № BB-I N 001073). O, 2009-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya üzrə ixtisasartırma kursunu başa vurub. Hazırda onun adı Səhiyyə Nazirliyinin “Tibb İşçilərinin Vahid Reyestri”ndə həkim kimi qeydiyyatdadır”. 

“Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə daxil olmuş rəsmi müraciətlər əsasında araşdırmalar aparır. Zərurət yarandıqda isə qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir", - deyə AEM-dən verilən məlumatda qeyd edilib. 

Xatırladaq ki, yazıçı Ulucay Akif ötən günlərdə özünün feysbuk hesabından paylaşım edərək bildirib ki, təxminən on gün öncə “Məlhəm” hospitalında bacısı Gülənay Məmmədovanın ilk övladı dünyaya gəlib, amma həkim səhlənkarlığından uşaq problemli doğulub. Körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
news24.az

2Источники