RU

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir - Kamaləddin Qafarov

Bakı. Trend:

Sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyaPrezidenti Sercio Mattarella arasında keçirilən görüş vəsəsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin bugünküsəviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O vurğulayıb ki, artıq Azərbaycan ilə İtaliya arasında əlaqələrsadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıqsəviyyəsindədir. “Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühümstrateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsindəəlaqələr daha da dərinləşib. Azərbaycan Prezidenti İlham Əliyevində qeyd etdiyi kimi, İtaliya hazırda ölkəmizin birinci ticarəttərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda,siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariznümunəsidir”.

Millət vəkili bildirib ki, energetika sahəsindəki əməkdaşlıqAzərbaycan-İtaliya münasibətlərinin ən mühüm sütunlarından birinitəşkil edir: “Xüsusilə Cənub Qaz Dəhlizi və TAP layihəsiçərçivəsində həyata keçirilən işlər Azərbaycanı Avropanın enerjitəhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. CənabPrezident İlham Əliyevin öz bəyanatında vurğuladığı kimi, bu günAzərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və qaz ixracının coğrafiəhatəsinə görə dünyada lider mövqedədir. Bu uğurlar, şübhəsiz ki,iki ölkə arasında qarşılıqlı inamın, dəqiq strateji planlamanın vəuzunmüddətli əməkdaşlığın nəticəsidir. Qeyd etmək lazımdır ki,İtaliya Prezidentinin TAP layihəsinin reallaşması üçün göstərdiyişəxsi səylər də bu tərəfdaşlığın nə qədər dərin və səmimi olduğunugöstərir.”

K.Qafarov Azərbaycan ilə İtaliya arasında humanitar sahədəəməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib: “Dövlətbaşçımızın çıxışında xüsusi yer ayırdığı İtaliya-AzərbaycanUniversiteti humanitar sahədə əlaqələrin inkişafı məqsədilə atılmışstrateji addımlardan biridir. Bu universitet təkcə yüksək ixtisaslıkadrların hazırlanmasına xidmət etmir, həm də iki xalq arasındamədəni körpülərin qurulmasına təkan verir. Bu gün yüzlərlə gəncinburada təhsil alması, gələcəkdə isə bu gənclərin Azərbaycan iləİtaliya arasında dostluğun daşıyıcıları kimi yetişməsi bizim üçünstrateji dəyərə malikdir. Eyni zamanda, Avropa İttifaqı iləəməkdaşlıq məsələsində İtaliyanın Azərbaycana verdiyi dəstək dəxüsusi qeyd olunmalıdır. Bu, İtaliyanın Cənubi Qafqazda sabitlik vətərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Bütün bu faktlarbir daha sübut edir ki, Azərbaycan ilə İtaliya arasında stratejitərəfdaşlıq modeli bu gün beynəlxalq əməkdaşlıq üçün nümunə sayılabilər” .

Məqalədə:
Избранный
16
17
az.trend.az

10Источники