RU

Rusiya təyyarələrinin NATO hava məkanını pozması gərginlik yaradıb

Rusiyaya məxsus MiQ-31 qırıcılarının Baltik regionunda Estoniya hava məkanını pozması NATO daxilində ciddi gərginlik yaradıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

NATO-nun baş katibi Mark Rutte, məsələ ilə bağlı Estoniyanın Baş naziri Kristen Mixal ilə apardığı danışıqlarda yüksək tonla və qəzəbli şəkildə danışıb. Məlumata görə, tərəflər arasında mübahisə, Estoniyanın Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələrə başlama qərarından sonra yaranıb.

Rutte qeyd edib ki, bu maddədən sui-istifadə edilməsi müqavilənin əhəmiyyətini zəiflədə bilər. “Bir mənbənin sözlərinə görə, NATO rəhbəri Mixala səsini qaldıraraq, təxribatçı davranışdan çəkinməyə çağırıb”, – Fox News bildirib.

Hadisə sentyabrın 19-da qeydə alınıb. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 3 MiQ-31 təyyarəsi Estoniyanın Vaindlo adası yaxınlığında Estoniya hava məkanına icazəsiz daxil olub. İhlal təxminən 12 dəqiqə davam edib və daha sonra Rusiya təyyarələri İtaliyaya məxsus F-35 qırıcıları tərəfindən hava məkanından çıxarılıb.

Estoniya insidentdən dərhal sonra NATO-nun 4-cü maddəsinə əsasən müttəfiqləri məsləhətləşmələrə dəvət edib. Həmin maddə, üzv ölkə təhlükəsizliyinin təhdid altında olduğunu hesab etdiyi halda NATO daxilində müzakirələrin başlanmasını nəzərdə tutur.

Qeyd edək ki, sentyabr ayı ərzində Rusiya pilotsuz uçuş aparatları artıq Polşa və Rumıniya da daxil olmaqla bir neçə NATO ölkəsinin hava məkanını pozub. Bu hallar Alyans daxilində artan narahatlığa səbəb olub.

Избранный
18
veteninfo.az

1Источники