"Zəlzələdən sonra İstanbulda tələfat qeydə alınmayıb".
APA xəbər verir ki, bunu İstanbul valisi Davud Gül Mərmərə dənizində baş verən 5 maqnitudalı zəlzələ ilə bağlı açıqlamada deyib.
Vali əlavə edib ki, rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.
***
15:59
Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə AFAD məlumat yayıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.