RU

Ev dustaqlığına buraxılan Ayşe Barım xəstəxanaya yerləşdirildi

Gezi Parkı hadisələrinə görə mühakimə olunan və dünənki məhkəmə qərarı ilə ev dustaqlığına buraxılan menecer Ayşe Barım evində huşunu itirərək xəstəxanaya yerləşdirilib.

News365.az xəbər verir ki, Barım 248 gün Silivridəki Marmara Cəza İcra Müəssisəsində saxlandıqdan sonra ev dustaqlığına keçirilmişdi.

Qeyd edək ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu bu səhər məhkəmənin Barım barədə çıxardığı azadlığa buraxılma qərarına etiraz edib.

Xatırladaq ki, hazırlanan ittihamnamədə Ayşe Barımın “zor tətbiq edərək Türkiyə Respublikası hökumətini devirməyə və ya fəaliyyətini qismən və ya tamamilə əngəlləməyə cəhd göstərməyə yardım etməkdə” ittiham olunduğu və bu səbəbdən onun barəsində 22 il 6 aydan 30 ilədək həbs cəzası tələb edildiyi bildirilib.

Məhkəmə isə işin baxılması üçün dosyanı prokurora göndərib və növbəti iclası 11 fevral 2026-cı il tarixinə təyin edib.

News365.az 

Избранный
31
news365.az

1Источники