Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Urmiya gölünün vəziyyəti ən kritik həddə çatıb".
"Azad İran" "Telegram" kanalının verdiyi məlumata görə, bu barədə İranın Su Sənayesi Federasiyası İdarə Heyətinin sədri Rza Hacıkərim xəbərdarlıq edib.
Onun sözlərinə görə, gölün quruması nəticəsində duz fırtınası başlayıb, bu səbəbdən gölə bitişik əyalətlərdə ərazilər boşaldılır.
Rəsminin sözlərinə görə, duz tufanı və Günəş işığının əks olunması ilə yaranan yüksək temperatur bölgədə həyat və yaşayış üçün ciddi təhlükə yaradıb.
Hacıkərim vəziyyəti "hekayənin başlanğıcı" adlandıraraq deyib:
"Bu gün Urmiya gölü huşunu itirmək üzrə olan xəstəyə bənzəyir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.