RU

Viktor Orban: “Azərbaycan Avropanın qızıl ehtiyatıdır”

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropanın “qızıl ehtiyatı” adlandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə o, Kopenhagendə keçirilən Avropa İttifaqı Sammitində jurnalistlərə açıqlama verərkən bildirib.

“Biz enerji sektorunda bir çox çətinliklərlə üz-üzə qalırıq. Amma sizin zəngin resurslarınız, əməkdaşlığa açıq olmağınız və sabit rəhbərliyiniz var. Azərbaycan, həqiqətən də, Avropa üçün qızıl ehtiyatdır,” – deyə Viktor Orban vurğulayıb.

Qeyd edək ki, Azərbaycan son illər Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi çıxış edir və Aİ ölkələri ilə enerji əməkdaşlığını genişləndirir.

Избранный
8
veteninfo.az

1Источники