RU

III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib

III MDB Oyunlarının gimnastika yarışlarında sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib.

Far.Az report-a istinadən xəbər verir ki, sinxron proqramda kişilər arasında Maqsud Mahsudov və Hüseyn Abbasov, qadınlarda Şəfiqə Hümbətova və Selcan Mahsudova, qarışıq sinxron proqramda isə Selcan Mahsudova və Maqsud Mahsudov həlledici mərhələdə mübarizə aparacaq.

Qeyd edək ki, bu gün keçiriləcək final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, komanda yarışlarında isə Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.

Batut gimnastikası yarışlarına oktyabrın 3-də yekun vurulacaq.

Избранный
7
4
far.az

7Источники