RU

Saturnun peykində həyat üçün əsas şərtlər var

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Alimlər Saturnun peyki olan Enseladdın buzaltı okeanından çıxmış tullantılarda yeni üzvi birləşmələri aşkarlayıblar. Reyting.az "Nature" jurnalına istinadla bildirir ki, yeni elmi araşdırmaya görə, "Kassini" missiyasının məlumatları əsasında təhlil olunmuş buz hissəciklərində əvvəllər qeydə alınmayan maddələr tapılıb.Mütəxəssislər hesab edirlər ki, bu önəmli kəşf bir daha elm aləmində Enseladdakı həyat üçün çox əlverişli şəraitin olması ilə bağlı ehtimalları gücləndirir. Bildirilir ki, Avropa Kosmik Agentliyi 2042-ci ilə qədər yeni missiya planlaşdırır. Həmin vaxt kosmosda kəşfiyyat aparacaq qurğu peykin cənub qütbündə yerləşən çoxlu şırnaqların içindən keçəcək və eniş modulunu göndərəcək.Alimlərin sözlərinə görə, artıq Enseladda həyat üçün əsas şərtlər – maye su, enerji və mürəkkəb üzvi molekullar mövcuddur.Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
reyting.az

2Источники