Şair Əlisəmid Kürün müalicəsi hazırda Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu sözləri Kult.az-a açıqlamasında şairin həyat yoldaşı Mətanət Mehdiyeva deyib.
Mətanət Mehdiyevanın sözlərinə görə, şairin vəziyyəti hazırda orta-ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin edilən Əlisəmid Kür 15 sentyabrda xəstəxanaya yerləşdirilib.