RU

Hollivud ulduzu Sığınacaq qəhrəmanına çevrilib

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur kino aktyoru Ceyson Stethemin baş rolda çəkildiyi "Sığınacaq" adlı yeni triller 2026-cı ilin 30 yanvarında bir çox ölkələrin kinoteatrlarında nümayiş olunacaq.Reyting.az xəbər verir ki, bu barədə məlumatı "The Hollywood Reporter" nəşri yayıb. Yeni filmin süjet xətti çoxdandır dəniz kənarında tənha yaşayan bir kişinin qəfil tanımadığı gənc qızı xilas etdikdən sonra rahatlığının pozulmasından, yenidən öz keçmişi ilə üz-üzə qalmasından bəhs edir. Ekran əsərinin rejissoru Rik Roman Vo, ssenari müəllifi isə Uord Perridir. Filmdə Stethemlə yanaşı Bodi Rey, Naomi Aki və Bill Nay kimi aktyorlar rol alıblar. Yerli kino tənqidçilərinin və tamaşaçıların maraqla qarşıladığı bu yeni savaş filminin distribyutoru "Black Bear" şirkətidir.Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
reyting.az

2Источники