Böyük Britaniyanın Böyük Mançester əyalətində sinaqoqda bıçaqlı hücum olub.
Heftelik.az BBC-yə istinadən xəbər verir ki, sinaqoqda baş verən hücumda xəsarət alanlardan ikisi ölüb.
Hücumu törədən şəxsin də öldüyü ehtimal edilir.
Məlumata görə, o, təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Lakin həmin şəxsin üzərində naməlum əşyaların olması səbəbindən ona yaxınlaşmaq mümkün deyil.
Əraziyə bomba zərərsizləşdirmə komandası göndərilib.