RU

Taleh Nəsibov: Bu hazırlıqla gələn mövsüm Çempionlar Liqasının qalibi ola bilərik

BAKI, 2 oktyabr. TELEQRAF

“Bu hazırlıqla gələn mövsüm Çempionlar Liqasının qalibi ola bilərik. Bəlkə də dünya çempionu olduqdan sonra futbolçularda müəyyən arxayınlıq yarandı. Amma komandalarımız favoritlər sırasında idi. Federasiya olaraq işimizi davam etdirəcəyik və nəticəsini görmək istəyirik”.

Bu sözləri Teleqraf-q açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov deyib.

Çempionlar Liqasında təmsilçilərimiz bu il ötən mövsümlə müqayisədə daha böyük gözləntilərlə çıxış etdilər.

“Bütün oyunlara baxmışam. Əsas gözləntilər “Birbaşa Bakı”dan idi. Çünki son dünya çempionatının 8 futbolçusu onların heyətində idi. Məncə, bəxtsizlik oldu. Turnir bir növ lotereyadır”.

O, 2025/2026 mövsümüünün püşkatmasından danışıb: “Yeni mövsümdə 16 komanda iştirak edəcək. Onlardan yeddisi ilk dəfə qatılacaq. Bu yeni komandaların iştirakı milli komandanın oyunlarına da böyük təsir göstərəcək, oyunçuların inkişafına müsbət təsir edəcək. Yarışın peşəkar və yüksək səviyyədə keçirilməsi üçün federasiya olaraq daim əlimizdən gələni edirik. Gənc oyunçuların gəlməsinin tərəfdarıyıq. Psixoloji hazırlıq çox vacibdir. Biz bu gün dünya çempionu olmuşuqsa, bununla kifayətlənməməliyik. Titullarımızın sayını artırmağa çalışacağıq.”

Избранный
49
teleqraf.com

1Источники