RU

230 qazi öz sağlamlığına qayıdıb

44 günlük Vətən müharibəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əlilliyi müəyyən olunmuş qazilərimizin reabilitasiyası və cəmiyyətə tam inteqrasiyası üçün görülən tədbirlər öz bəhrəsini verməkdə davam edir.

NOCOMMENT.az xəbər verir ki, peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən görülən bu işlərin nəticəsi olaraq müharibədən sonrakı dövrdə 230 nəfər Vətən müharibəsi qazisi tam reabilitasiya olunaraq yenidən aktiv həyata davam edirlər.

Qazilərimizin əsalarını, qoltuq ağaclarını bir kənara ataraq, əlilliklərini geridə qoyduqlarını, müharibəyə qədərki gümrahlıqlarını, güclərini bərpa etdiklərini, yenidən sağlam həyata, aktiv əmək dünyasına qayıdışını görmək hər birimiz üçün olduqca xoş, fərəhli mənzərədir.

Избранный
11
2
nocomment.az

3Источники