RU

Makron Azərbaycan və Ermənistanı sülh bəyannaməsinin paraflanmasına görə təbrik edib

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin paraflanmasını “böyük nailiyyət” adlandıraraq hər iki ölkənin rəhbərliyini təbrik edib.

“Ermənistan və Azərbaycan arasında sülh bəyannaməsinin imzalanması böyük nailiyyətdir. Mən hər iki ölkənin liderlərini təbrik edirəm. Bizim diqqətimiz Cənubi Qafqazda və Qərbi Balkanlarda baş verən hadisələrə yönəlib,” — Makron sosial media üzərindən yayımladığı açıqlamada bildirib.

Sülh bəyannaməsi 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra tərəflər arasında davam edən danışıqların nəticəsi kimi qiymətləndirilir.

Sülh sazişinin paraflanması, yekun sənədin imzalanmasına doğru atılmış əsaslı addım kimi qiymətləndirilir və regionda sabitlik ümidlərini artırır.

Gülnar 

Избранный
8
1
anews.az

2Источники