RU

Sahibə Qafarova G20 ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində görüşlər keçirib

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən G20 Parlament Sədrlərinin 11-ci Sammiti (P20) çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə Azərbaycan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Qafarova Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl, Sinqapur Parlamentinin sədri Seah Kian Penq və Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə ayrı-ayrılıqda görüşüb.

Görüşlər zamanı P20 sammitinin beynəlxalq parlament əməkdaşlığı baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə qarşı tərəf ölkələr arasında parlamentlərarası dialoqun genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları müzakirə olunub.


 

Избранный
34
anews.az

1Источники