RU

İstanbulda 5 bal gücündə zəlzələ olub, 17 nəfər xəsarət alıb - YENİLƏNİB-1

İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İstanbul valisi Davud Gül deyib.

Onun sözlərinə görə, yaralananlar həyəcanlanaraq özlərini binadan ataraq xəsarət alıblar.

Vali zəlzələ nəticəsində heç bir dağıntının qeydə alınmadığını da qeyd edib.

***

16:19

Zəlzələdən sonra İstanbulda tələfat qeydə alınmayıb.

APA xəbər verir ki, bunu İstanbul valisi Davud Gül Mərmərə dənizində baş verən 5 maqnitudalı zəlzələ ilə bağlı açıqlamasında deyib.

Vali əlavə edib ki, rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.

***

15:59

Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə AFAD məlumat yayıb.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Избранный
30
3
apa.az

10Источники