Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə göstərilən humanitar yardıma görə, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Ölkə.Az-n məlumatına görə, iki prezident arasında görüş Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində baş tutub.