RU

İrəvandan növbəti qeyri adekvat davranış KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistanın yeni Atom Elektrik Stansiyası (AES) inşa etməklə bağlı təşəbbüsü regional təhlükəsizlik mühitində ciddi suallar doğurur. Məlumata görə, rəsmi İrəvan bu layihə ilə bağlı beş ölkə ilə danışıqlar aparır. Həmin dövlətlərin kimliyi açıqlanmasa da, müşahidəçilər bu siyahıya enerji və təhlükəsizlik maraqları olan Rusiya, Fransa, ABŞ, Çin və İran kimi ölkələrin daxil ola biləcəyini istisna etmirlər. Bəs, Ermənistanın bu layihə ilə bağlı beş ölkə ilə danışıqlar aparması hansı siyasi nəticələr doğura bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Ermənistan AES layihəsindən təkcə enerji deyil, həm də siyasi təsir vasitəsi kimi istifadə etməyə çalışır:

“Zaman göstərir ki, proses tam olaraq enerji təhlükəsizliyi ilə bağlıdır. Amma Ermənistan bunu həm də qonşu dövlətlərə qarşı manipulyasiya alətinə çevirir. AES region üçün təhlükə mənbəyidir. İstənilən qəza və ya partlayış nəticəsində Azərbaycan, İran, Gürcüstan və digər ölkələr zərbə ala bilər. Ermənistan faktiki olaraq stansiyanı “silah” kimi istifadə edir”, – deyə ekspert vurğulayıb.

Əziz Əlibəylinin sözlərinə görə, bu layihəyə kimin investisiya qoyacağı məsələsi də mühüm siyasi nəticələr doğura bilər:

“Əgər Ermənistan maliyyə baxımından çətinlik yaşayırsa, başqalarını da məcbur edir ki, bu layihəyə sərmayə yatırsın. Burada söhbət yalnız enerji maraqlarından getmir. Hansı ölkələrin bu stansiyaya dəstək verdiyinə diqqətlə baxsaq, onların hərbi təşkilatlarla bağlı qruplar olduğunu görə bilərik. Bu isə gələcəkdə bölgədə hərbi iştirakın artması riskini doğurur”.

Beləliklə, Ermənistanın AES planı təkcə energetik layihə deyil, həm də regional təhlükəsizlik və geopolitik maraqların toqquşduğu bir proses kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
konkret.az

2Источники